Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib

29 dekabr, 2024

Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətində anım guşəsi yaradılıb və başsağlığı kitabı açılıb. Cəmiyyətin qarşısındakı dövlət bayrağımız yarıya endirilib.

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə gələrək, həlak olanlara öz ehtiramını bildirib, başsağlığı kitabına ürək sözlərini yazıb.

Şimali Kipr Türk Cümhuriyyətində yaşayan soydaşlarımız və ölkəmizin dostları anım guşəsini ziyarət etməkdə davam edir.

Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi var və həmin evlərdə anım guşələri yaradılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər