Ərəb ölkələrinin mətbuatında Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

31 may, 2023

Misir, Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Livan və İraqın qəzet və xəbər portallarında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş məqalə dərc edilib.

Ərəb ölkələrinin mətbuatında Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalədə müsəlman Şərqində ilk dünyəvi, demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən, həyata keçirdiyi islahatlardan ətraflı bəhs olunub. Qeyd edilib ki, cəmi iki il ərzində müstəqil dövlətin milli ordusu, mərkəzi bankı yaradılıb, pul vahidi dövriyyəyə buraxılıb. 

1920-ci ilin aprel işğalı nəticəsində 23 ay fəaliyyət göstərən AXC-nin süquta uğradıldığı, Azərbaycanda vəhşiliklər və qırğınlar törətməklə böyük faciələrə səbəb olan erməni daşnak quldur dəstələrinin bolşevik işğalçılçılarına yardım etdiyi, həmin dövrdə xalqımızın düşmən işğalına qarşı fədakarcasına mübarizə apardığı bildirilib. Buna misal olaraq Azərbaycanın cənub bölgəsində Şeyx Şüayeb Xəlifə Nəsir oğlunun bolşeviklərə qarşı müqavimət hərəkatı göstərilib. Onun arxivdə saxlanılan məktubunda xalqın işğalçılara boyun əyməyəcəyi barədə çağırışlarının əksini tapdığına diqqəti cəlb edib. 

Məqalədə tarixi faktlar əsasında ermənilərin işğalçı ingilis qüvvələrinin əlində alət olaraq 1919-cu ildə Misirdə törətdikləri vəhşiliklər, misirli inqilabçı vətənpərvərləri qətlə yetirmələri faktları da nəzərə çatdırılıb. Şeyx Əbdül Vahab əl-Nəccarın xatirələrində “Qırmızı gün” adlanan həmin qanlı hadisələrdən bəhs olunduğu vurğulanıb. 

Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı olunması, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və qırğınlar, 30 illik işğaldan sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin azad edilməsi barədə də məlumat verilib. Qeyd edilib ki, işğal illərində barbar ermənilərin Azərbaycan şəhərlərini viran qoyub və onların bir çoxu Yaponiyada atom bombası zərbəsinə məruz qalmış Xirosima və Naqasakini xatırladır. Prezident İlham Əliyevin rəhbərliyi ilə post-müharibə dövründə bu şəhərlərin bərpası və yenidən qurulması işlərinin uğurla aparıldığı, tarixi, mədəni və dini irs abidələrinin əvvəlki görkəminə qaytarıldığı, qalib və qüdrətli Azərbaycanın regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi səylərini davam etdirdiyi bildirilib. 

Ölkəmizin ərəb dünyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyi, son illərdə ərəb ölkələri ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndiyi vurğulanıb.

https://rayetmisr.com/%d8%af%d9%83%d8%aa%d9%88%d8%b1-%d8%b3%d9%8a%d9%85%d9%88%d8%b1-%d9%86%d8%b5%d9%8a%d8%b1%d9%88%d9%81-%d9%8a%d9%83%d8%aa%d8%a8-%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%a7%d8%b3%d8%aa%d9%82%d9%84%d8%a7%d9%84/

يوم الاستقلال في أذربيجان https://elalmelarby.com/?p=41398

https://nayrouz.com/article/370260

https://alharir.info/60605-2/

يوم الإستقلال في أذربيجان https://www.akhbarelnaselyoum.com/?p=83331

https://alqraralaraby.com/%D8%AE%D8%A8%D8%B1/%D8%AF.%D8%B3%D9%8A%D9%85%D9%88%D8%B1-%D9%86%D8%B5%D9%8A%D8%B1%D9%88%D9%81-%D9%8A%D9%83%D8%AA%D8%A8-%D9%8A%D9%88%D9%85-%D8%A7%D9%84%D8%A7%D8%B3%D8%AA%D9%82%D9%84%D8%A7%D9%84-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86/208090

يوم الاستقلال في أذربيجان https://www.agnaden.net/?p=21211 

https://newworld-network.online/?p=3691 

https://akhbarelsaa.com/post/292/%D9%8A%D9%88%D9%85%20%D8%A7%D9%84%D8%A7%D8%B3%D8%AA%D9%82%D9%84%D8%A7%D9%84%20%D9%81%D9%8A%20%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86 

https://alraeys.com/2023/05/28/%d8%a7%d9%84%d8%af%d9%83%d8%aa%d9%88%d8%b1-%d8%b3%d9%8a%d9%85%d9%88%d8%b1-%d9%86%d8%b5%d9%8a%d8%b1%d9%88%d9%81-%d9%8a%d9%83%d8%aa%d8%a8-%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%a7%d8%b3%d8%aa%d9%82%d9%84/ 

https://wwnewss.com/?p=52364 

https://journalaswat.com/2023/05/28/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%a7%d8%b3%d8%aa%d9%82%d9%84%d8%a7%d9%84-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/ 

https://garbnews.net/news/s/223971

https://tareek3.com/2023/05/30/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%a7%d8%b3%d8%aa%d9%82%d9%84%d8%a7%d9%84-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/ 

https://www.alnuhud.com/?p=132718

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər