Əlcəzair, Suriya, Misir və İraq mətbuatında “Xocalı soyqırımının 32-cü ildönümü” sərlövhəli məqalə dərc olunub

27 fevral, 2024

Əlcəzair, Suriya, Misir və İraq mətbuatında “Xocalı soyqırımının 32-cü ildönümü” sərlövhəli məqalə dərc olunub

Əlcəzair, Suriya, Misir və İraq mətbuatında Azərbaycan və Türkiyə üzrə misirli mütəxəssis Əsma Əhmədin “Xocalı soyqırımının 32-cü ildönümü” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif vurğulayıb ki, Xocalıda törədilən soyqırım bütün Azərbaycan xalqına qarşı yönəlmiş, bəşəriyyət tarixində iz qoymuş dəhşətli cinayət və vəhşilikdir. O həmçinin qeyd edib ki, Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində erməni millətçiləri tərəfindən daim etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb: “Xocalıda baş verənlər, bütövlükdə hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, ümumilikdə 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi”.

Ə.Əsma sonda qeyd edib ki, bu cinayət cəzasız qalmamalı, beynəlxalq ictimaiyyət Ermənistanın hərbi və siyasi təcavüzünü pisləməli, dünya ölkələri, beynəlxalq təşkilatlar və parlamentlər Ermənistanın Azərbaycan Respublikası ərazisində törətdiyi Xocalı soyqırımına beynəlxalq müstəvidə siyasi-hüquqi qiymət verməlidirlər: “Bu, əsl soyqırım cinayəti kimi qiymətləndirilməlidir.”

Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://elalmelarby.com/?p=45840

https://wwnewss.com/?p=63735

https://alharir.info/98719-2/

https://eshbelia-news.com/?p=3896

https://www.agnaden.net/?p=28798

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər