Diasporla İş üzrə Dövlət Komitəsi 13-cü Karyera sərgisində təmsil olunub

5 may, 2025

Diasporla İş üzrə Dövlət Komitəsi 13-cü Karyera sərgisində təmsil olunub

Mayın 2-də ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 13-cü Karyera sərgisi keçirilib. Sərgidə müxtəlif sahələrdən ümumilikdə 152 qurum iştirak edib.

Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də təmsil olunub. Komitənin əməkdaşları qurumun fəaliyyət istiqamətləri, iş imkanları və könüllük proqramı haqqında tələbələrə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər