Koreya Respublikasında Azərbaycan dili dərslikləri çap olunub
1 may, 2025.jpeg)
Koreya Respublikasının Hankuk Xarici Tədqiqatlar Universitetində (HUFS - Hankuk University of Foreign Studies) Azərbaycan dili dərslikləri çap olunub.
Universitetin professoru, politoloq Rövşən İbrahimovun bildirdiyinə görə, kitablar Azərbaycan dilinin A1 və A2 səviyyəsində öyrənilməsi üçün Avropa Birliyi standartlarına uyğun hazırlanıb. B1 və B2 dil səviyyəsi üzrə kitabların yazılmasına isə növbəti həftədən etibarən başlanılacaq.
Koreya hökumətinin vəsaiti ilə çap olunan kitabların Azərbaycan dilindəki bölmələrini Rövşən İbrahimov, Koreya dilindəki əlaqəli bölmələrini isə kafedranın digər müəllimləri işləyib hazırlayıb.
Kitablar pulsuz olaraq universitet və kitabxanalara paylanılacaq. Nəşrləri onlayn şəkildə aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:
Professorun sözlərinə görə, Koreya hökumətinin strateji əhəmiyyətli qəbul etdiyi 10 xarici dil siyahısında Azərbaycan dili də yer alıb. Orta məktəb şagirdləri və universitet tələbələri üçün Azərbaycan dilinin tədrisi ilə bağlı üç müxtəlif proqram artıq fəaliyyət göstərir. Koreyada istənilən vətəndaş onlayn şəkildə müxtəlif səviyyələrdə Azərbaycan dilini öyrənə bilər. Hazırda bununla bağlı 30 nəfər müraciət edib.
Foto qalereya
Digər xəbərlər