Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir

1 may, 2025

Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir

Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.

Petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.

Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan soydaşlarımız üçün vacibliyini vurğulayaraq, bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.

Petisiyaya aşağıdakı keçidə daxil olmaqla səs vermək mümkündür:

https://chng.it/cHbdr9KBQV

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər