Dünya çempionu soydaşımız Bratislavada yeni idman zalı açıb
6 noyabr, 2026
Slovakiyanın Bratislava şəhərində yaşayan, sambo üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Sadiq Kərimovun yeni idman zalının açılışı olub.
Açılış mərasimində zalda yaradılan şəraitin gənclərin idmana marağının artırılmasına, gələcəkdə peşəkar idmançıların yetişdirilməsinə və sağlam həyat tərzinin təşviqinə töhfə verəcəyi vurğulanıb. Yeni məkanın fəaliyyətə başlamasının Slovakiyada yaşayan azərbaycanlıların idman sahəsində təşəbbüslərinin genişlənməsi baxımından əhəmiyyət daşıdığı bildirilib. Mərasimdən sonra zalda ilk məşq də keçirilib.
Qeyd edək ki, idman zalı Bratislava şəhərinin Petrjalka rayonunda, Lachova 35 ünvanında yerləşir.
Digər xəbərlər
