“Doğmalarının taleyi barədə həqiqəti bilmək hər bir insanın fundamental hüququdur”

2 sentyabr, 2026

“Doğmalarının taleyi barədə həqiqəti bilmək hər bir insanın fundamental hüququdur”

30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ərəfəsində Niderlandda yaşayan Azərbaycan icmasının fəalı Həcər Karaman bu ölkənin xarici işlər naziri Tom Berendsenə çağırış xarakterli açıq məktub ünvanlayıb.

Məktubda kütləvi məzarlıqların dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi istəyi ifadə olunub.

Məktubda qeyd edilir ki, Qarabağ münaqişəsi nəticəsində 4004 nəfər soydaşımız rəsmi olaraq itkin düşmüş, əsir və ya girov götürülmüş şəxs statusu ilə qeydiyyata alınıb. Son illərdə aparılan qazıntı işləri nəticəsində 246 itkin şəxsə aid qalıqlar aşkarlansa da, Ermənistanın strateji hərbi arxivləri və məlumatları gizli saxlaması səbəbindən bu proses lazımi səviyyədə davam etdirilə bilmir.

“Doğmalarının taleyi barədə həqiqəti bilmək hər bir insanın fundamental hüququdur”, – deyə vurğulayan Həcər Karaman Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının Haaqa şəhərində fəaliyyət göstərdiyini xatırladıb və bu səbəbdən Niderlandın itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələsində mənəvi və beynəlxalq müstəvidə xüsusi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər