Dmanisidə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan inşa müsabiqəsi keçirilib
14 may, 2026
Gürcüstanda fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzində” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Mənalı ömür yolu" mövzusunda inşa müsabiqəsi keçirilib.
Mərkəzin rəhbəri Kamran Xıdırov Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib, dahi rəhbərin irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb. İnşa müsabiqəsinin keçirilməsində əsas məqsədin gənclərin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyələndirilməsi və Ümummilli Liderin zəngin siyasi irsinin təbliğ edilməsi olduğunu deyib.
Sonda müsabiqə iştirakçılarına sertifikatlar təqdim olunub.
Foto qalereya
Digər xəbərlər
