Dmanisidə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 100 ağac əkilib
31 may, 2023Gürcüstanın Dmanisi şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Dmanisi Tədris Mərkəzinin layihəsi əsasında baş tutan aksiyada Dmanisi bələdiyyəsinin sədri Paata Ğuliaşvili, Dmanisinin icra başçısı Koba Muradaşvili, yerli dövlət orqanlarının nümayəndələri və Dmanisi Tədris Mərkəzinin müəllim-şagird heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov mühüm tarixi hadisələr – Heydər Əliyevin 100 illiyi, Azərbaycan və Gürcüstan Demokratik respublikalarının 105-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib. Xalqlarımızın bu əlamətdar günlərə böyük ehtiramla yanaşdığını vurğulayıb, Heydər Əliyevlə Eduard Şevarnadze arasında dosluq münasibətlərinin müstəqil dövlətlərimizin inkişafında böyük rol oynadığını xatırladıb.
Dmanisinin icra başçısı Koba Muradaşvili bu layihəyə görə minnətdarlığını bildirib.
Sonra Heydər Əliyevin yubileyi münasibətilə 100 ağac əkilib.
Foto qalereya
Digər xəbərlər