Çexiyadakı azərbaycanlı uşaqlara Müstəqillik Günü barədə məlumat verilib
31 may, 2023.jpg)
Çexiyada fəaliyyət göstərən “Buta” Azərbaycan həftəsonu məktəbinin növbəti dərsinin mövzusu 28 May – Müstəqillik Gününə həsr olunub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərs zamanı 105 il öncə – 28 May 1918-ci ildə Azərbaycanın dövlətçilik tarixində baş vermiş əlamətdar hadisə barədə şagirdlərə məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi dövlət rəmzlərimizə, Vətənə, bayrağa, xalqa dərin sevgi və rəğbət hissləri ilə yanaşmağın önəminə diqqət cəlb edilib.
Azərbaycan bayraqları ilə çıxış edən şagirdlər ölkəmizə həsr olunmuş şeirlər səsləndiriblər və rəngli kağızlardan Azərbaycan bayrağını düzəldiblər.
Foto qalereya
Digər xəbərlər