Çexiya paytaxtında “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq uşaq festivalı təşkil edilib

26 sentyabr, 2023

Çexiya paytaxtında “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq uşaq festivalı təşkil edilib

Çexiyanın Praqa şəhərində “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq uşaq festivalı keçirilib.

“Park Sacre Ceour” parkında baş tutan festivalın açılışı mərasimində Azərbaycan, Türkiyə Ukraynanın Çexiyadaki səfirliklərinin, UNİCEF-in Praqa üzrə nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Saat 12.00-dan başlayan və 17.30-da başa çatan festivalda 100-ə yaxın ölkədən (Azərbaycan, Türkiyə, Çexiya, Ukrayna, İtaliya, İrlandiya və s.) 106 uşaq təmsil olunub. Uşaqlar yarışlarda, əyləncəli oyunlarda məharətlərini sınayıb və rəsmlər çəkiblər. Tədbirin gedişində proyektor vasitəsilə “Ulu öndər və uşaqlar” adlı klip təqdim edilib.

Festival iştirakçılarına kitablar hədiyyə edilib.  

Qeyd edək ki, festival Çex-Azərbaycan Birliyinin və Çexiya Respublikasında fəaliyyət göstərən “Elson Grand” təşkilatının üzvü, diaspor fəalı Fərid Əmirəliyevin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər