Bişkekdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bayram şənliyi təşkil edilib

9 iyun, 2023

Bişkekdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bayram şənliyi təşkil edilib

Bişkek şəhərindəki Qırğızıstan-Azərbaycan Dostluğu Parkında müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bayram şənliyi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Şənlik iştirakçılarını salamlayan birlik sədri Xansıvar Baxşəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərqərar olmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri barədə məlumat verib. Qeyd edib ki, belə tədbirlər qardaş Azərbaycan və Qırğızıstan xalqlarını daha da yaxınlaşdırır.

Sonra rəngarəngliyi ilə fərqlənən proqram təqdim olunub: Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib, milli adət-ənənələrə xas əyləncəli oyunlar təşkil olunub, ustad dərsləri keçirilib, ziyarətçilər milli mətbəx nümunələrinə qonaq edilib.

Qeyd edək ki, Bişkek şəhərində Qırğızıstan-Azərbaycan Dostluq Parkı 11 oktyabr 2022-ci ildə açılıb. Parkın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər