Belçika mediası Azərbaycan həqiqətlərindən bəhs edib

2 oktyabr, 2023

Belçika mediası Azərbaycan həqiqətlərindən bəhs edib

Belçikanın aparıcı saytlarından hesab edilən www.hbvl.be xəbər portalında Azərbaycanın Qarabağ bölgəsində baş verən proseslərlə bağlı məqalə dərc olunub. 

Məqalədə Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçinin Azərbaycan həqiqətlərini əks etdirən fikirlərinə də yer verilib. O, Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, rəsmi Bakının işğaldan azad edilmiş torpaqlarında həyata keçirdiyi son antiterror əməliyyatlarının mahiyyəti, Azərbaycan dövlətinin Qarabağdakı erməni əhalisinin reinteqrasiya olunması istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Ayhan Demirçi uzun illərdir Belçikada, eləcə də bütün Avropa məkanında ölkəmizin haqq səsinin eşidilməsi və Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində aktiv fəaliyyət göstərir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər