Barselonada Ulu Öndər Heydər Əliyevə həsr olunan guşə yaradılıb
14 may, 2026
Barselona Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım guşəsi yaradılıb.
Guşədə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolar, onun dövlətçilik irsinə dair kitablar və tarixi sənədlər nümayiş olunub. Əsas məqsəd İspaniyada yaşayan soydaşlarımıza və yerli qonaqlara müasir Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolu və misilsiz xidmətlərini daha yaxından tanıtmaq olub.
Daha sonra dünya liderləri və tanınmış siyasətçilərin Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini əks etdirən videoçarxlar göstərilib. Videoçarxlarda xüsusilə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili və sabiq baş nazir müavini Eka Tkeşelaşvilinin çıxışlarına yer verilib. Onlar çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin yalnız Azərbaycanın deyil, bütöv Qafqaz regionunun sabitliyi və inkişafında oynadığı strateji rolu yüksək qiymətləndiriblər.
Digər xəbərlər
