Azərbaycanlı rəssamın əsərləri Praqada nümayiş etdiriləcək

29 oktyabr, 2026

Azərbaycanlı rəssamın əsərləri Praqada nümayiş etdiriləcək

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında 6-8 noyabr tarixində Avropanın ən böyük müəllif kuklaları sərgisi keçiriləcək.

24 ölkədən 140-dan çox rəssamın iştirak edəcəyi sərgidə müxtəlif üslub və texnikalarda hazırlanan sənət əsərləri nümayiş olunacaq.

Sərgidə ölkəmizi Çexiyada yaşayan azərbaycanlı rəssam və kukla ustası Vəfa Aşumova təmsil edəcək. Soydaşımızın əl işləri ötən il Praqada təşkil olunan “Doll Prague” sərgisində də böyük maraqla qarşılanıb.

Beynəlxalq sərgi müəlliflərin yaradıcılıq nümunələrini geniş auditoriyaya təqdim etməsi, eləcə də fərqli ölkələrin sənət ənənələrinin tanıdılması baxımından əhəmiyyət daşıyır.

Sərgidə iştirak etmək üçün biletlər https://www.dollprague.com/lp-tickets/ saytından əldə oluna bilər.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər