Azərbaycanı təmsil edən “FC LAND OF FIRE” futbol klubu 3-cü yerə çıxıb

20 fevral, 2024

Azərbaycanı  təmsil edən “FC LAND OF FIRE” futbol klubu  3-cü yerə çıxıb

Polşanın “Katowice Szóstek” Liqasının təşkil etdiyi Sileziya regionunun futzal turnirində Azərbaycanı təmsil edən “FC LAND OF FIRE”  futbol klubu heyətində erməni oyunçuların təmsil olunduğu “Luz Blues Team” klubuna qalib gələrək 3-cü yerə çıxıb. Bununla “FC LAND OF FIRE” futbol klubu Varşavada keçiriləcək ölkə səviyyəli futzal turnirinə vəsiqə qazanıb.

Klub üzvləri arasında soydaşlarımızla yanaşı Ukranya, Polşa, Braziliya, Kolumbiya, Sudan, İngiltərə və digər ölkələrdən olan futbolçular da var.  

Kapitan Heydər Qurbanov və direktor Əli Nəcəfov əsas hədəflərinin yerli futbolçuların Polşa klublarına transferinə nail olmaq olduğunu bildiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər