Azərbaycan rəqsləri Cenevrədə multikultural tədbirə rəng qatıb

16 sentyabr, 2026

Azərbaycan rəqsləri Cenevrədə multikultural tədbirə rəng qatıb

İsveçrənin Cenevrə şəhərində keçirilən multikultural tədbirdə Azərbaycanın zəngin rəqs mədəniyyəti təqdim olunub.

Cenevrə gölünün sahilində təşkil olunan tədbir müxtəlif xalqların musiqi və rəqs nümunələrinin müşayiəti ilə yadda qalıb.

Tədbirdə Cenevrədə fəaliyyət göstərən azərbaycanlı rəqqaslardan ibarət “İrs” (IRS) uşaq rəqs qrupunun bədii rəhbəri, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyoli Azərbaycan və Gürcüstanın ənənəvi rəqslərini təqdim edib. Proqramda “Tərəkəmə”, “Sarı Gəlin”, “Yüzbiri” və “Nəlbəki” rəqsləri, Gürcüstanın “Lazuri”, “Muxambazi” və “Ceyrani” rəqsləri nümayiş olunub.

Müxtəlif xalqların musiqi və rəqs ənənələrinin bir araya gəldiyi tədbir Cenevrə ictimaiyyətinə fərqli mədəniyyətlərlə yaxından tanış olmaq imkanı yaradıb.

Azərbaycan milli rəqslərinin beynəlxalq mədəni platformada təqdim olunması ölkəmizin zəngin mədəni irsinin və milli rəqs sənətinin İsveçrədə daha geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyət daşıyıb. Belə təşəbbüslər Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə, milli-mədəni irsimizin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də müxtəlif xalqlar arasında mədəni dialoqun və qarşılıqlı əlaqələrin inkişafına töhfə verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər