Azərbaycan icması Serbiyanın ölkəmizdəki səfirini təbrik edib

17 noyabr, 2026

Azərbaycan icması Serbiyanın ölkəmizdəki səfirini təbrik edib

Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru Günel Babanlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçə təbrik məktubu ünvanlayıb.

Məktubda səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edilib. Bildirilib ki, bu ali mükafat Draqan Vladisavlyeviçin Azərbaycan ilə Serbiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Həmçinin Serbiyada yaşayan Azərbaycan icması adından xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətlərinin getdikcə möhkəmlənməsindən məmnunluq ifadə olunub, bu əlaqələrin gələcəkdə yeni əməkdaşlıq istiqamətləri üzrə daha da inkişaf edəcəyinə əminlik bildirilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər