Azərbaycan icması Milli bayram münasibətilə İsveç xalqını təbrik edib

7 iyun, 2023

Azərbaycan icması Milli bayram münasibətilə İsveç xalqını təbrik edib

İsveç Krallığında yaşayan Azərbaycan icması 6 iyun – İsveçin Milli Günü münasibətilə bu ölkənin hökumətini və yerli ictimaiyyətini təbrik edib.

İsveçdə “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri Dr.Səadət Kərimi, İsveç-Azərbaycan Mədəniyyət Birliyinin (SAF) sədri Sevda Dadaşova, İsveç-Azərbaycan Assosiasiyasının sədri Nadir Hollebrand və Beynəlxalq Media Qrupunun sədri Rahim Sadıqbəylinin adından ölkənin müxtəlif dövlət qurumlarına və siyasi partiyalarına təbrik məktubları ünvanlanıb.

Məktubda deyilir ki, soydaşlarımız İsveç xalqına və isveçli dostlarına ən səmimi təbriklərini və ən xoş arzularını çatdırmaqdan məmnunluq duyur. Çünki ikinci vətənləri olan İsveçdə milli kimliklərini sülh və təhlükəsizlik içində qoruyub saxlayırlar.

“Daha firavan iqtisadiyyat və həyat qurmağa, uzun illər ərzində hamımızın mənsub ola və fəxr edə biləcəyimiz inklüziv cəmiyyət formalaşdırmağa davam edirik. Biz söz azadlığına, dini etiqad azadlığına və adət-ənənələrimizə uyğun yaşamaq azadlığına malik tolerant xalqın və cəmiyyətin bir parçası olmaqdan qürur duyuruq. Bu əlamətdar gündə dost İsveç xalqına möhkəm cansağlığı və xoşbəxtlik, əbədi sülh və firavanlıq arzulayırıq. Milli bayramınız mübarək!” – deyə təbrik məktublarında bildirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər