Azərbaycan icması Haaqa şəhərində keçirilən Türk festivalında ölkəmizi təmsil edib

30 may, 2023

Azərbaycan icması Haaqa şəhərində keçirilən Türk festivalında ölkəmizi təmsil edib

Azərbaycan icması “Heydər Əliyev İli” çərçivəsində Niderlandın Haaqa şəhərində keçirilən “Turquoise” festivalında iştirak edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə festivalda Azərbaycan guşəsi qurulub. 

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyətini, adət-ənənələrini əks etdirən nümunələr, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş fotosərgi nümayiş etdirilib. 

Mayın 28-də festivalın böyük səhnəsində “Yaşıl Qafqaz” milli rəqs qrupu və Almaniyada yaşayan xanəndə, “Muğam Televiziya Müsabiqəsi – 2007”nin qalibi Güllü Muradova çıxış ediblər. Konsert proqramı izləyicilərin alqışları ilə qarşılanıb. 

Qeyd edək ki, Avropanın ən böyük Türk festivalı sayılan “Turquoise” festivalı 2018-ci ildən Türk İslam Kültür Vəqfi tərəfindən keçirilir. Hər il mayın sonu və iyunun əvvəlində keçirilən festivalı 50 mindən çox insan ziyarət edir. 3 gün davam edən festivalda tanınmış sənətçilərlə yanaşı, folklor kollektivləri də çıxış edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər