Azərbaycan icması Bişkekdə Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən festivalda iştirak edib

23 fevral, 2023

Azərbaycan icması Bişkekdə Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən festivalda iştirak edib

Bişkek şəhərində Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən “Dövlət dili – dostluq və birlik dilidir” şəhər festivalında Azərbaycan icması da təmsil olunub.

Toktobolot Abdumomunov adına Qırğız Dövlət Akademik Teatrında baş tutan festivalda paytaxtda yaşayan 9 etnosun nümayəndələri öz xalqları haqqında məlumatı doğma və qırğız dillərində təqdim ediblər.

Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti və milli-adət-ənənələri barədə təqdimatla çıxış etmək missiyası “Azəri” İctimai Birliyinin gənclər qanadının üzvləri Günay Əsədova və Kamran Tapdıqova həvalə edilib. Milli geyimli gənc soydaşlarımızın Azərbaycan dilində təqdimatı festival iştirakçıları tərəfindən böyük maraqla və rəğbətlə qarşılanıb.

Tədbir bayram konserti ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər