Daşkənddə soydaşlarımız Özbəkistanın müstəqilliyinin 33-cü ildönümünü bayram ediblər
5 sentyabr, 2024Özbəkistanın paytaxtı Daşkənddə Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin binasında Özbəkistanın müstəqilliyinin 33-cü ildönümünə həsr olunmuş bayram tədbiri təşkil olunub.
Tədbir Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM), Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin, RAMMM-nin nəzdində fəaliyyət göstərən Daşkənd şəhər “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin və “Gənclər Mərkəzi”nin birgə təşkilatçılığı ilə "Müstəqil Özbəkistanın uşaqları" şüarı altında keçirilib.
Tədbirdə Azərbaycan diasporu nümayəndələri ilə yanaşı Özbəkistanın, o cümlədən Başqırd, Alman, Ukrayna, Yunan, Krım Tatar, Gürcü, Uyğur, Tacikistan Mədəniyyət Mərkəzlərinin üzvləri iştirak ediblər.
Müstəqil Özbəkistan Respublikasına həsr olunmuş videoçarxla başlayan bayram tədbirində Azərbaycanın milli atributlarından ibarət sərgi də təşkil edilib, qonaqlara milli şirniyyatlarımız təqdim olunub.
RAMMM-nın İdarə Heyətinin üzvləri təbrik nitqi ilə çıxış ediblər. Daha sonra gənclər Vətən haqqında şeirlər səsləndirib, ölkənin yaranma tarixindən danışıblar.
Bayram tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Foto qalereya
Digər xəbərlər