Bolnisidə tələbə adı qazanmış gənc soydaşlarımız ilə görüş keçirilib
5 sentyabr, 2024Gürcüstanın Bolnisi şəhərində yerləşən "Gürcü-Alman evi"ndə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin müəllimləri və bu il ali təhsil müəssisələrinə qəbul olan, eyni zamanda Məntiq və Riyaziyyat kursunu uğurla başa vuran abituriyentlər ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan mərkəzin icraçı direktoru Rezo Həsənov Gürcüstanın ali məktəblərinə qəbul olan və tələbə adını qazanan gəncləri təbrik edib, onlara gələcək tələbəlik həyatlarında uğurlar arzulayıb. Hər bir gəncin istəyi olan tələbə adını şərəflə daşımaq üçün çox çalışmalı olduqlarını söyləyib, ölkəyə və millətə layiqli mütəxəssis kimi yetişməyi tövsiyə edib.
Daha sonra mərkəzin müəllim heyəti çıxış edərək gənclərin nailiyyətlərinə sevindiklərini bildirib, onlara gələcək təhsil və tələbəlik həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin sonunda Məntiq və Riyaziyyat kurslarında iştirak edən bir qrup abituriyentə sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim edilib.
Foto qalereya
Digər xəbərlər