Azərbaycan icması Hilversum şəhərində Niderland mediasına etiraz aksiyası keçirib

6 dekabr, 2023

Azərbaycan icması Hilversum şəhərində Niderland mediasına etiraz aksiyası keçirib

Niderlandın Hilversum şəhərində yerləşən “Nederlandse Omroep Stichting” (NOS) teleradio korporasiyasının binası önündə Azərbaycan icmasının bir qrup fəalının etiraz aksiyası keçirilib.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın təşkilatçılığı ilə NOS-un binasının da yerləşdiyi “Media park” şəhərciyində bir araya gələn icma üzvləri Azərbaycana dair xəbərlərin ikili standartlar əsasında hazırlanmasını pisləyiblər.

Aksiya zamanı Azərbaycana qarşı aşkar qərəz nümayiş etdirən və faktları təhrif edən Niderland kanallarının ünvanına “Medianın ikili standartları bütün gözəlliyi ilə”, “Miatsum, yaxud erməni yanlışlığı”, “Erməni diasporu medianı manipulyasiya edir”, “Azərbaycanlı uşaqlar öldürüləndə media harada idi?”, “Azərbaycan fobiyasını dayandırın!”, “Erməni etnik təmizləməsinin azərbaycanlı qurbanları” kimi həqiqətlərin əks olunduğu plakatlar nümayiş etdirilib.

Aksiyanın sonunda Azərbaycan icmasının Niderlandın kütləvi informasiya vasitələrinə ünvanlanmış bəyanatı oxunub. Etiraz məktubu NOS-un poçt qutusuna atılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər