Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası təcavüzkar Ermənistanın təxribatını pisləyib
14 sentyabr, 2022ABŞ-ın Florida ştatında yaşayan Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq genişmiqyaslı təxribat törətməsini kəskin şəkildə pisləyib.
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda təxribat barədə ətraflı məlumat verilib. Bildirilib ki, Florida ştatında yaşayan Azərbaycan icması Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan təxribatlarından dərin narahatlıq hissi keçirir.
Soydaşlarımız təcavüzkar siyasət yürüdən Ermənistanın bölgədəki davamlı sülh prosesinə ciddi maneə olduğunu nəzərə çatdıraraq, beynəlxalq ictimaiyyəti bu qəbuledilməz davranışın qarşısının alınması və rəsmi İrəvanın sülhə sövq edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıblar.
Digər xəbərlər