Avstraliyanın Melburn şəhərində Novruz şənliyi keçirilib

19 mart, 2024

Avstraliyanın Melburn şəhərində Novruz şənliyi keçirilib

Avstraliya İttifaqının Melburn şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Novruz şənliyi keçirilib.

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə baş tutan tədbirdə Melburn şəhərində fəaliyyət göstərən Avstraliyanın Azərbaycan Cəmiyyəti və Viktoriya Azərbaycanlılarının Varlıq Qrupunun fəalları da bir araya gələrək, bayramı birgə qeyd ediblər.

Şənlikdə güneyli-quzeyli soydaşlarımızla yanaşı, Kölgə Parlamentinin Multikultural Məsələlər üzrə katibi, Liberal Partiyadan olan millət vəkili Tranq Lu, Türkiyənin Melburn şəhərindəki Baş konsulu Doğan F. Işık, Viktoriya ştatının Multikultural İşlər üzrə komissarı Silviya Kombi, Viktoriya Yəhudi Şurasının nümayəndəsi Frenk Grinsteyn, Kvinslenddə Azərbaycan Milli Assosiasiyasının rəhbəri Fuad Aydınbəyzadəiştirak edib. Ümumilikdə 250 nəfərin qatıldığı tədbirdə Avstraliyanın Azərbaycan Cəmiyyəti və Viktoriya Azərbaycanlılarının Varlıq Qrupunun rəqs qrupları Azərbaycan milli rəqslərini nümayiş etdiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər