Avstraliya hökumətinə 28 May – Müstəqillik Günü barədə məlumat verilib

1 iyun, 2023

Avstraliya hökumətinə 28 May – Müstəqillik Günü barədə məlumat verilib

Avstraliya-Azərbaycan Assosiasiyası 28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar bu ölkənin hökumətini məlumatlandırıb.

Assosiasiyanın rəhbəri Mikayıl Oytanın adından Avstraliya xarici işlər naziri Penni Vonqa ünvanlanan müraciətdə bildirilib ki, mayın 28-də Azərbaycan icması ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisəni – Azərbaycanın Müstəqillik Gününü qeyd edir: “Bu hadisə təkcə azadlığımızın bayram edilməsi deyil, həm də xalqımızın sarsılmaz mətanətinin və ruhunun sübutudur”.

Müraciətdə dünyəvi və demokratik Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən 105 il keçdiyi vurğulanıb, AXC-nin 23 aylıq fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edilib.

Nəzərə çatdırılıb ki, AXC-nin süqutundan sonra da xalqımızın müstəqillik mübarizəsi bitməyib. 1991-ci ildə müstəqilliyimiz bərpa edildikdən sonra   ümummilli lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə müasir Azərbaycanda dövlət quruculuğu, davamlı ictimai-siyasi sabitliyin bərqərar olması, ölkəmizin dinamik inkişafı istiqamətində qətiyyətli addımların atıldığı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dünyanın çətinliklərini əzmkarlıqla dəf etdiyi, torpaqlarımızın erməni işğalından azad olunduğu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı qürurla birləşib və daha parlaq gələcək naminə beynəlxalq birliyə töhfələr verməkdə qərarlıdır.

Qeyd edək ki, bu müraciət Avstraliya hökumətinin və parlamentinin bütün üzvlərinə, siyasi parliyaların liderlərinə göndərilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər