Avropadakı Azərbaycan diaspor təşkilatları bəyanat yayıblar

18 mart, 2025

Avropadakı Azərbaycan diaspor təşkilatları bəyanat yayıblar

Ermənilər 1987-ci ildən bəri Qarabağda törədilən cinayətlərə görə Azərbaycanda mühakimə edilən separatçıların azadlığa buraxılması üçün beynəlxalq səviyyədə təzyiq göstərilməsinə çalışırlar. Bu təzyiqlərin qarşısını almaq məqsədilə Avropadakı Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin müvafiq qurumlarına bəyanatlar göndəriblər.

"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru Mariya Atanasova-Hüseynova, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov, “Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Leyla Begim Cəfərova, "QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədov, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının rəhbəri Emil Əliyev, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmrəliyev bu istiqamətdə aktiv fəaliyyət nümayiş etdirir.

Bəyanatlarda Azərbaycan həqiqətləri və azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı məsələsinə xüsusi diqqət çəkilib. Torpaqlarımızın işğalı zamanı soydaşlarımıza qarşı törədilən insanlığa və beynəlxalq hüquqa zidd vəhşiliklər də vurğulanıb. Soyqırımı cinayətinin araşdırılması və cinayətkarların ədalətli qaydada cəzalandırılması məsələsi də bəyanatlarda önə çəkilib.

Bu addımlar, Azərbaycan diasporunun ölkə və xalqının haqq səsini beynəlxalq aləmdə daha effektiv şəkildə duyurmasına yönəlmiş mühüm bir təşəbbüsdür.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər