Avropada yaşayan azyaşlı soydaşlarımız üçün müsabiqə elan edilib

19 mart, 2025

Avropada yaşayan azyaşlı soydaşlarımız üçün müsabiqə elan edilib

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evi Avropada yaşayan azyaşlı qız uşaqları üçün fotomüsabiqə elan edib. Müsabiqənin məqsədi soydaşlarımızın mədəni irsimizi daha yaxından tanıması və milli incəsənətə olan marağın artırılmasıdır.

İştirak etmək istəyənlər kəlağayı ilə çəkilmiş bir fotoşəkli ad və ölkələrini yazmaqla Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin “Instagram” hesabına göndərə bilərlər. Göndərilən foto sosial şəbəkə hesabında paylaşılacaq və ən çox bəyənmə toplayan iştirakçı qalib gələcək. Qalibə kəlağayı hədiyyə ediləcək.

Müsabiqənin müddəti ilə bağlı son tarix 25 mart 2025-ci il, qalibin elan olunma tarixi isə 30 mart 2025-ci il olaraq müəyyən edilib. Hazırda müsabiqəyə Almaniya, Fransa və Norveçdən olan soydaşlarımız böyük maraq göstərib.

Müsabiqəyə aşağıdakı linkə daxil olmaqla qoşulmaq mümkündür:

https://www.instagram.com/p/DG6qybsNA6l/?igsh=MTRhYzVscG11NjltZA%3D%3D

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər