London və Mançesterdə Ermənistanın mina terroru ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib
22 sentyabr, 2023Böyük Britaniyanın London və Mançester şəhərlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.
Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri London və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. 8 saat davam edən aksiya zamanı avtomobil Londonun Oxford Street, Regent Street, Picadilly, Westminister Bridge, Parliament Square və Mançester şəhərinin Picadilly Gardens, King Street, New Cathedral Street, Cheetham Hill Road, Canal Street və digər küçələrdən keçməklə yerli sakinlərin diqqətini cəlb edib.
Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon minanın basdırıldığı, 147 988 hektar ərazinin yüksək səviyyədə, 675 570 hektar ərazinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3393 mina qurbanının olduğu, 10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilə qədər mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 67 nəfərin öldüyü kimi faktlar, #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.
Foto qalereya
Digər xəbərlər