Almaniyada Qafqazla bağlı xəbər portalı yaradılıb

8 iyun, 2023

Almaniyada Qafqazla bağlı xəbər portalı yaradılıb

Almaniyada ölkəmizin və Cənubi Qafqaz regionu həqiqətlərini alman dilində və dolğun şəkildə yerli ictimaiyyətə çatdıracaq Kaukasusspiegel.de (“Qafqazın güzgüzü”) müstəqil xəbər platforması fəaliyyətə başlayıb.

Alman-Azərbaycan Mədəniyyət Evinin sədr müavini Altay Rüstəmli bildirib ki, başlıca məqsəd Cənubi Qafqaz regionunu almandilli auditoriyaya yaxınlaşdırmaqdır. Əsasən regiondakı ölkələr arasında ayrı-seçkilik siyasəti yürüdən Almaniyanın aparıcı KİV-lərindən fərqli olaraq, Kaukasusspiegel.de portalında qərəzə, ikili standartlara və ajiotajlara yer olmayacaq.

Onun sözlərinə görə, portalda yayımlanan xəbərlər, məqalələr, köşə yazıları və videomateriallar birtərəfli və uydurulmuş narrativlərə deyil, real faktlara əsaslanır. Regional münaqişələr mövzusunda ümumi məlumatlarla yanaşı, beynəlxalq hüququn müddəalarına, mötəbər beynəlxalq təşkilatların qətnamələrinə və hesabatlarına istinad edilir. Çünki bu aspektlər Almaniya mediasında adətən və bilərəkdən gizlədilir. Bundan başqa, portalda sosial həyatın bütün sahələri əhatə ediləcək.

Sədr müavini qeyd edib ki, artıq portalın sosial şəbəkələrdəki səhifələrinin izləyicilərinin sayı artmaqdadır və oxucular yayılan xəbərlərin müzakirəsində fəal iştirak edirlər. “Hər kəsi sosial şəbəkə hesablarında bu məlumatların daha çox yayılmasına dəstək olmağa, diskussiyalara qatılmağa dəvət edirik”, - deyə A.Rüstəmli söyləyib.

Xəbər portalını aşağıdakı linklər vasitəsilə izləmək mümkündür:

 https://kaukasusspiegel.de/de

 https://youtube.com/@Kaukasusspiegel

 https://www.facebook.com/profile.php?id=100090543057056

https://twitter.com/kaukasusspiegel?s=11&t=lPefO4erlgfhPe34HIi4lQ

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər