Almaniyada Milli Qurtuluş Gününə həsr olunan beynəlxalq boks yarışı keçirilib

10 iyun, 2026

Almaniyada Milli Qurtuluş Gününə həsr olunan beynəlxalq boks yarışı keçirilib

Almaniyanın Falkenze şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan 10-cu Beynəlxalq Peşəkar Boks turniri keçirilib. Turnir Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubunun və “KUC Boxing Promotion”un təşkilatçılığı ilə baş tutub.

Yarışda Almaniya, Azərbaycan, Gürcüstan, İtaliya, Çexiya, Macarıstan və Bosniya və Herseqovinadan olan peşəkar boksçular mübarizə aparıblar.

“Odlar Yurdu” Boks İdman Klubunun rəhbəri Azad Əzizov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən önəmli günlərdən biridir. Klubun əsas məqsədi bu birliyi qorumaq, Almaniyada yaşayan azərbaycanlı gəncləri idmana cəlb etmək, onların sağlam və vətənpərvər ruhda böyüməsinə dəstək olmaqdır.

Turnirin əsas qarşılaşmalarından biri “Odlar Yurdu” Boks İdman Klubunun idmançısı Kənan Hüseynəliyev ilə Almaniyanı təmsil edən Həmzət Şadalov arasında olub.

Qarşılaşma zamanı arenada xüsusi coşğu hökm sürüb. Almaniyanın müxtəlif şəhərlərindən gələn soydaşlarımız və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əllərində Azərbaycanın Dövlət Bayrağını dalğalandıraraq Kənan Hüseynəliyevə dəstək göstəriblər. Tribunalarda yaranan birlik xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin parlaq təzahürü olub.

Qeyd edək ki, “Odlar Yurdu” Boks İdman Klubu 2013-cü ildən Almaniyada fəaliyyət göstərir. Klub Azərbaycanı beynəlxalq idman arenasında təmsil etməklə yanaşı, gənc nəslin sağlam həyat tərzi və milli-mənəvi dəyərlər əsasında formalaşmasına mühüm töhfələr verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər