Alman alimi Azərbaycan muğamına və musiqisinə heyran olub

8 dekabr, 2023

Alman alimi Azərbaycan muğamına və musiqisinə heyran olub

Almaniyanın Tübingen şəhərində keçirilmiş “Musiqi sərhəd tanımır” adlı mədəniyyətlərarası klassik konsert gecəsi yerli ictimaiyyətə unudulmaz anlar bəxş edib.

Tübingen Universitetinin professoru, tanınmış tarixçi-alim Şteffen Patsold konsertdən sonra təəssüratlarını bölüşüb: “Xanımımla birlikdə konsertdə iştirak etdik və çox bəyəndik. Konsert məndə olduqca gözəl təəssürat yaratdı. İndiyədək iştirak etdiyim konsertlərdən fərqli idi. Üç azərbaycanlı sənətkarın – Səbinə Məmmədovanın (fortepiano), Sahib Paşazadənin (tar) və Çinarə Şirinin (metso-soprano) təqdim etdikləri qeyri-adi repertuar inanılmaz xoş əhval-ruhiyyə yaratdı”.

Tarzən Sahib Paşazadənin virtuoz ifasından danışarkən alman alimi tar alətində həm Azərbaycan muğamının, folklor musiqisinin, həm də alman bəstəkarları İohann Sebastyan Baxın, İohannes Bramsın əsərlərinin təqdim olunmasını möhtəşəm məqam adlandırıb. Professor belə konsertin yenə də təşkil olunmasını, xüsusilə Azərbaycan muğamını dinləməyi çox arzuladığını söyləyib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tübingen şəhər administrasiyasının, Bərabər İmkanlar və İnteqrasiya İdarəsinin təşkilatçılığı ilə baş tutub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər