ELTV Media qrupu “Vahid Azərbaycan dövləti – Səfəvilər” adlı sənədli film hazırlayıb

13 oktyabr, 2022

ELTV Media qrupu “Vahid Azərbaycan dövləti – Səfəvilər” adlı sənədli film hazırlayıb

Kanadada fəaliyyət göstərən ELTV Media qrupu ingilis dilində “Vahid Azərbaycan dövləti – Səfəvilər” adlı sənədli film yayımlayıb.

 

Filmdə Səfəvilər dövlətinin yaranma tarixi, əhatə etdiyi coğrafi ərazilər, süqutunun səbəbləri və bu dövlətin qurucusu Şah İsmayıl Xətai  barədə ətraflı məlumat verilib. Səfəvilər dövlətinin müasir Azərbaycan milli kimliyinin formalaşmasında böyük tarixi rol oynadığına diqqət cəlb edilib.

 

“My History” layihəsi çərçivəsində gerçəkləşdirilən film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

 

Filmi aşağıdakı linkdən izləmək mümkündr:

 

https://www.youtube.com/watch?v=DeIoslPOg7A

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər