Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında təmsil olunub

25 oktyabr, 2022

Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında təmsil olunub

Azərbaycan Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında təmsil olunub.

 

Mədəniyyət müxtəlifliyinin, adət-ənənələrin, mehriban qonşuluq və dostluq münasibətlərinin təbliğ olunması məqsədinə xidmət edən festivalda Haçiyoci şəhərində yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

 

Azərbaycan–Yaponiya Dostluq Mərkəzinin hazırladığı Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən eksponatlar, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının yapon dilində son nömrəsi nümayiş etdirilib.

 

Mərkəzin sədri, tanınmış alim Xəlil Kələntər və təşkilatın üzvləri ölkəmizin coğrafi mövqeyi, əldə etdiyi uğurlar, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərdə aparılan irimiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat veriblər. Təqdim edilən eksponatlar, kitablar, jurnallar və Azərbaycana həsr olunmuş videoçarx ziyarətçilərdə böyük maraq doğurub.

 

Festivalın təşkilatçısı Haçiyoci Beynəlxalq Assosiasiyası adından tədbirdə fəal iştirak edən Azərbaycan icmasına minnətdarlıq bildirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər