ABŞ-ın məşhur saytında “Heydər Əliyevin 100 illik yubileyinə musiqili ithaf” sərlövhəli məlumat yayımlanıb

20 mart, 2023

ABŞ-ın məşhur saytında “Heydər Əliyevin 100 illik yubileyinə musiqili ithaf” sərlövhəli məlumat yayımlanıb

ABŞ-ın https://www.musicalamerica.com saytında “Heydər Əliyevin 100 illik yubileyinə musiqili ithaf” sərlövhəli məlumat yayımlanıb.

Məlumatda bildirilib ki, Nyu-Yorkun məşhur “Carnegi Hall” mədəniyyət mərkəzində “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib. Konsertin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu nəzərə çatdırılıb. “Qaliblər cuşa gətirən ifalar təqdim etdilər: klassik musiqidən tutmuş müasir musiqiyə, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərinə qədər”, - deyə sayt vurğulayıb.

8 dəfə ardıcıl təşkil edilən “Florida Keys” müsabiqəsinin saytında bu maraqlı beynəlxalq müsabiqə haqqında geniş məlumat almaq imkanı yaradılıb. Sayt gənc musiqiçiləri bu müsabiqənin gələcək ulduzlarına çevrilməyə dəvət edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər