Diaspor Gənclərinin I Yay Düşərgəsi
Diaspor Gənclərinin I Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 22-28 avqust 2018-ci il tarixlərində Şəki şəhərində keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Yay Düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya və Böyük Britaniya da daxil olmaqla 37 ölkədən 140 diaspor gənci iştirak edib. Diaspor Gənclərinin I Yay Düşərgəsində hökümət rəsmiləri, millət vəkilləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Diaspor Gənclərinin I Yay Düşərgəsi zamanı peşəkarların iştirakı ilə təlim, viktorina və müsabiqələr keçirilib.
Diaspor Gənclərinin I Yay Düşərgəsində gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifləndirmə, idman, mediada diaspor və digər mövzularda müzakirələr aparılıb.