Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Səməni” foto müsabiqəsi elan edilib

12 mart, 2026

Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Səməni” foto müsabiqəsi elan edilib

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqlar üçün “Səməni” adlı foto müsabiqəsinə start verib.

Müsabiqənin məqsədi Novruz bayramı ilə bağlı ənənələri qoruyub saxlamaq, yaşatmaq, xaricdə yaşayan soydaşlarımızın milli-mədəni irsimizə marağını artırmaq və uşaqlar arasında yaradıcılığı təşviq etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər səməni ilə çəkilən fotolarını adlarını və yaşadıqları ölkəni göstərməklə “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin “Instagram” hesabına mesajla göndərə bilərlər. Müsabiqənin nəticəsi 30 mart tarixində elan olunacaq, qalib sertifikat və hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqəyə qeydiyyat 27 mart 2026-cı il tarixinə qədər davam edəcək.

Aşağıdakı linkdən müsabiqə haqqında daha ətraflı məlumat almaq və müsabiqədə iştirak üçün müraciət etmək mümkündür:

https://www.instagram.com/p/DVvQRBeDLxN/?igsh=bGtoMHpzM2ZxNTN3

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər