Xalq artisti Mənsum İbrahimov Malayziya və Sinqapurda yaşayan azərbaycanlılarla görüşündən danışıb

17 oktyabr, 2024

Xalq artisti Mənsum İbrahimov Malayziya və Sinqapurda yaşayan azərbaycanlılarla görüşündən danışıb

“Vətən müharibəsində zəfər əldə etdikdən sonra dünya azərbaycanlılarının əzmlə birliyə doğru can atdıqlarını gördük. Xaricdə yaşayan soydaşlarımızın bayrağımıza, himnimizə, milli musiqimizə olan sevgisini hiss edirik. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Malayziyada və Sinqapurda Azərbaycan icması ilə keçirilən görüşdə biz bunu daha dərindən duyduq. Soydaşlarımız mahnılarımızı bizimlə birlikdə əllərində Azərbaycan bayrağı sevə-sevə oxuyurdular.

Bu, “Muğam” qrupunun həm Malayziyaya, həm də Sinqapura ilk səfəri idi. Həmin ölkələrdə yaşayan, təhsil alan soydaşlarımızın Azərbaycanı layiqincə təmsil etdiklərinə heç bir şübhəm yoxdur.

Diasporla iş üzrə Dövlət Komitəsinin xətti ilə Avstraliyada azərbaycanlılarla keçirilən görüşdə də iştirak etmişdik. Komitə sədri Fuad Muradov başda olmaqla, bütün əməkdaşlara təşəkkürümü bildirirəm, çünki onlar çox böyük işlər görürlər.

Müqəddəs bayrağımız bu gün Qarabağda dalğalandığı kimi hər zaman zirvələrdə dalğalansın. Yaşasın Azərbaycan!”.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər