Diaspor nümayəndələri Qırğızıstanın dövlət kanalına müsahibə veriblər

16 oktyabr, 2024

Diaspor nümayəndələri Qırğızıstanın dövlət kanalına müsahibə veriblər

Qırğızıstanda yaşayan soydaşlarımız dövlət telekanalına müsahibə veriblər. 

“Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Bəxşəliyev müsahibəsində Qırğızıstanda yaşayan azərbaycanlılar, onların fəaliyyətlərindən bəhs edib. Azərbaycanlıların böyük hissəsinin Bişkek şəhərində yaşadığını deyən Xansıvar Bəxşəliyev soydaşlarımızın bir çox sahələrdə, əsasən də pedaqoji, hüquq, səhiyyə və biznes sahələrində fəaliyyət göstərdiyini qeyd edib.

Həmyerlimiz diasporun əsas məqsədlərinin mədəni, sosial layihələrin və tədbirlərin həyata keçirilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, Qırğızıstan və Azərbaycanın müxtəlif dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılması olduğunu deyib.

“Biz burada özümüzü qırğız xalqının bir hissəsi kimi hiss edirik”,- deyə Xansıvar Bəxşəliyev bildirib.

Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/vJfB1e9xPnA?si=4t-64z-tm3pdi_p4

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər