Varşava Azərbaycan evində keçirilən təlimlər uğurlu nəticələr verməyə davam edir

24 iyul, 2024

Varşava Azərbaycan evində keçirilən təlimlər uğurlu nəticələr verməyə davam edir

Varşava şəhərində yerləşən Azərbaycan Evində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən karyera təlimləri uğurlu nəticələr verməyə davam edir.

Belə ki, təlim iştirakçıları Yaşar Kərimli, Fidan Hüseynova, Alay Beydiyev və Sevinc İsmayılova öz çalışdıqları sahələr üzrə müxtəlif şirkətlərə təyinat alıblar.

Məlumat üçün bildirək ki, karyera təlimləri Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində 2 ay davam edib. Dərslər Varşava Azərbaycan Evinin Təlim-Tədris Mərkəzinin rəhbəri, təlimçi Elçin Eyvazov tərəfindən keçirilib. 25 nəfərin onlayn, 25 nəfərin isə əyani şəkildə qoşulduğu təlimlərdə ümumilikdə 50 nəfər iştirak edib.

Xatırladaq ki, bundan öncə də karyera təlimlərində iştirak etmiş soydaşlarımızın bir neçəsi müxtəlif şirkətlərdə əmək fəaliyyətinə başlayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər