Vaqif Mustafazadənin yubileyi münasibətilə məqalələr dərc olunub

4 aprel, 2025

Vaqif Mustafazadənin yubileyi münasibətilə məqalələr dərc olunub

Rusiyada yaşayan soydaşımız Mehman Məmmədov görkəmli azərbaycanlı musiqiçi, dahi bəstəkar və pianoçu Vaqif Mustafazadənin 85 illik yubileyi münasibətilə məqalə qələmə alıb. Sənətkarın həyat və yaradıcılığından bəhs edən məqalə ABŞ-nin “All About Jazz”, Rusiyanın “Джаз.Ру” kimi nüfuzlu platformalarda yayımlanıb.

Professor, kardioloq, tibb elmləri doktoru Mehman Məmmədov təkcə tibb sahəsində yox, eyni zamanda, Azərbaycanın xaricdə təbliğ olunması sahəsində də fəal iştirak edir. Onun Vaqif Mustafazadə haqqında araşdırmaları və məqalələri Azərbaycanın beynəlxalq musiqi və mədəniyyət mərkəzi kimi tanınmasına töhfə verməklə yanaşı, caz musiqisi sahəsində də mühüm əhəmiyyət kəsb edir.

Məqalələri aşağıdakı linklərə keçid edərək oxumaq mümkündür:

https://www.allaboutjazz.com/vagif-mustafazadeh-a-world-jazz-legend-from-azerbaijan

https://www.jazz.ru/2025/03/16/vagif-mustafazadeh/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər