Tuluz Azərbaycan Evində azyaşlı soydaşlarımız üçün tədbir keçirilib
5 fevral, 2025Fransanın Tuluz şəhərində Azərbaycan İcması Birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Evində azyaşlı soydaşlarımızın vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ölkəmiz haqqında daha dərin biliklərə yiyələnməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə uşaqlara Azərbaycan haqqında məlumat verilib, Vətənimizin təbiətinin gözəlliyindən, tarixindən, mədəniyyətindən bəhs olunub. Daha sonra uşaqlar şahmat oynayıb, rəsmlər çəkiblər.
Sonda “Bir qalanın sirr”i bədii filmi göstərilib və uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər