Rustavidə Azərbaycan dili üzrə məktəbəqədər hazırlıq kursu fəaliyyətə başlayıb

5 fevral, 2025

Rustavidə Azərbaycan dili üzrə məktəbəqədər hazırlıq kursu fəaliyyətə başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan dili üzrə məktəbəqədər hazırlıq kursu fəaliyyətə başlayıb. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq kursda azyaşlı soydaşlarımızın Azərbaycan dilini öyrənməsi, ədəbi dildə danışması, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün dərslərin keçirilməsi nəzərdə tutulub.

İlk dərs günü çıxışında mərkəzin rəhbəri Raida Dərziyeva hazırlıq kursunun açılması barədə elan verdikdə valideynlərin böyük həvəslə bu təşəbbüsə qoşulduqlarını və hazırda kursda 20 yaxın şagirdin təhsil aldığını söyləyib. Ailənin, xalqın, dövlətin ən qiymətli sərvəti olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütməyin vacibliyindən bəhs edib. Məktəbəqədər hazırlıq kursunun uşaqlarda ilkin dünyagörüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə zəmin hazırladığını diqqətə çatdırıb.

Valideynlər Rustavidə Azərbaycan dilində fəaliyyət göstərən bağçaların olmadığını bildirərək kursun açılmasından məmnunluqlarını bildiriblər.

Mərkəz uşaqlara ilk dərs günü dərs ləvazimatları hədiyyə ediblər.

Qeyd edək ki, kursun dərsləri həftədə bir dəfə olmaqla bazar günləri keçiriləcək.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər