Gürcüstanda soydaşlarımıza təmənnasız hüquqi yardımlar davam edir
5 fevral, 2025Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov "Azərbaycan Evi"ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli, Dmanisi rayonlarının sakinlərini qəbul edib.
Qəbulun 9-cu günündə 11 nəfər Gürcüstan vətəndaşı soydaşımızın problemləri dinlənilib.
Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:
Tel: +995 599 10 96 90
Foto qalereya
Digər xəbərlər