Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu maraqlı müzakirələrlə davam edib
19 noyabr, 2023“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu öz işini panel iclası ilə davam etdirib.
Dr. Nuran Abdullayevin moderatorluğu ilə keçirilən panel iclası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayevin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabilitasiyası: görülmüş işlər və hədəflər” mövzusunda məruzəsi ilə başlayıb.
Ardınca Almaniyada çalışan tibb mütəxəssisləri – “Helios Siegburg” klinikasının daxili xəstəliklər üzrə aparıcı mütəxəssisi Elvin Hüseynov “Bizlərdən sonuncusu”, Avropa Onkologiya Məktəbinin (ESO) səfiri, Ulm Universiteti xəstəxanasının həkim-onkoloqu Nərmin Talıbova “Karyera qadını? Xoşbəxt qadın”, “GFO Kliniken Troisdorf”un klinika direktoru Dr. Nuran Abdullayev “Bir ulduz doğulur”, Essen Universitet xəstəxanasının neyrocərrahiyyə üzrə aparıcı mütəxəssisi Prof. Dr. Ramazan Cabbarlı “Spinal cərrahiyyədə yeniliklər: Naviqasiya və robotik”, Hannoverdəki “AEGİ” plastik cərrahiyyə klinikasının aparıcı mütəxəssisi Dr. Gülşən Əhmədli “Əl cərrahiyyəsi Almaniya nümunəsində. Azərbaycanda inkişaf potensialı”, Visbadendə radiologiya üzrə aparıcı mütəxəssis Dr. Orxan Səfərov “Almaniyada süd vəzi xərçəngi və screeninq”, Giesen Universitet xəstəxanasının ürək cərrahı Dr. Zülfüqar Tağıyev “MBA – Almaniyada ürək cərrahiyyəsi və elmi fəaliyyət: çətinliklər və potensiallar?”, Vestpfalts klinikasının həkim-radioloqu Nicat Nəsirov “Qırmızı və ya göy həb”, “Helios Krefeld” klinikasnın ürək cərrahı Dr. Cavid Fətullayev “İnsan cismindən elektrik enerjisinin istehsalı. Yeni imkan?”, “Bad Salzungen” klinikasının qulaq, burun və boğaz xəstəlikləri üzrə aparıcı mütəxəssisi Cavid Hüseynzadə “Üzdəki dəri törəmələrinin plastik cərahiyyəsi. Prinsiplər və perspektivlər”, Mannheymdə “Denterra” klinikasının stomatologiya üzrə həkim mütəxəssisi Nəriman Cabbarlı “Almaniyada şəxsi klinik açma. Bütün incəliklər və məsləhətlər”, Hannoverdə “Nordstadt” klinikasının oftalmologiya üzrə aparıcı mütəxəssisi Aqil Hüseynzadə “Praxis sistemi: Almaniyada mövcud ambulator tibbi xidmət sisteminin Azərbaycanda tətbiqi. Nə dəyişə bilər?” mövzularında məruzələrlə çıxış ediblər.
Panel iclasındakı məruzələr silsiləsinə Bakıdakı Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Prof. Qurbanxan Müslümov “Azərbaycanda visseral cərrahiyyənin inkişafı” mövzusunda çıxışı ilə yekun vurub.
Müzakirələr zamanı müxtəlif mövzulara elmi yanaşmalarını ortaya qoyan, ixtiraları və kəşfləri barədə məlumat verən azərbaycanlı həkimlər təkliflərini irəli sürüblər. Həkim soydaşlarımızın Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə diqqəti cəlb edilib və uğur hekayələri bölüşülüb.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.
Foto qalereya
Digər xəbərlər