“Tbilisoba 2024” el bayramında Azərbaycan təmsil olunub

10 oktyabr, 2024

 “Tbilisoba 2024” el bayramında Azərbaycan təmsil olunub

Tbilisi Etnoqrafiya Muzeyində təşkil olunan “Tbilisoba 2024” el bayramında ölkəmiz təmsil olunub.

Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin tələbələrinin təşkil etdiyi guşədə milli musiqi alətlərimiz, adət-ənənəmizi əks etdirən suvenirlər, milli təamlarımız, əl işləri sərgilənib.

El bayramının rəsmi qonaqları – Gürcüstanın mədəniyyət və idman nazirinin müavini Koba Xubunaia, Etnoqrafiya Muzeyinin direktoru Nino Çipaşvili, Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Levan Mqaloblişvili, yerli hökumətin və diplomatik korpusun nümayəndələri Azərbaycan guşəsini ziyarət edib.

Tbilisidə fəaliyyət göstərən Ceyran Ansamblının rəqqasələri milli rəqslərimizlə bayrama xoş əhval qatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər