Kayseri rəsmiləri Şuşa Azərbaycan Evində təyyarə qəzası qurbanlarını yad ediblər

29 dekabr, 2024

Kayseri rəsmiləri Şuşa Azərbaycan Evində təyyarə qəzası qurbanlarını yad ediblər

Kayseri valisi Gökmen Çiçek, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa, Erciyes Universitetinin rektoru, professor Fatih Altun, Ülkü Ocakları Kayseri təşkilatının sədri Halit Yağmur və Yörtürk Vəqfinin Kayseri şöbəsinin rəhbəri Ali Aydın Şuşa Azərbaycan Evinə gələrək, təyyarə qəzasında həlak olanların xatirəsinə öz ehtiramını bildirib.

Onlar hadisə ilə əlaqədar Şuşa Azərbaycan Evində təşkil olunmuş xatirə lövhəsinin önünə gül dəstələri düzüb, həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa arzulayıblar.

Eyni zamanda qonaqlar Şuşa Azərbaycan Evinin fəaliyyəti ilə də tanış olub, onlara geniş məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şuşa Azərbaycan Evi bu il aprelin 7-də Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı ilə fəaliyyətə başlayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər