Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə Azərbaycan komandası qələbə ilə başlayıb

24 iyul, 2024

Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə Azərbaycan komandası qələbə ilə başlayıb

Stokholm şəhərində İsveçdə yaşayan diaspor təşkilatları və ictimai qurumları arasında “Stockholm United FM 2024 – SUSA FM 2024” adlı beynəlxalq minifutbol turnirinə start verilib. Yarışda Azərbaycan, İsveç, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Polşa, Nikaraqua, Ukrayna, Ekvador, Tanzaniya, Meksika, Seneqal, Braziliya və Nigeriya komandaları iştirak edir.

Yarış “Stockholm United Sport Academy”nin (SUSA) rəhbəri, İsveçdə yaşayan soydaşımız Rüfət Əhmədovun təşkilatçılığı ilə keçirilir. Azərbaycan komandasının turnirdə iştirakına Diasporla İş üzrə Dövlət Komitəsi, Milli Olimpiya Komitəsi və İsveç-Azərbaycan Birliyi (SAF) tərəfindən dəstək göstərilib.

Komandamız ilk oyununda Nigeriya komandası ilə qarşılaşıb və 5:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 3-cü dəfədir təşkil olunan minifutbol turniri ilk dəfə 2022-ci ildə “Şuşa İli” çərçivəsində keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər